Рейтинг@Mail.ru
Tarix : 6-10-2017, 12:17 | Bölmə: maraqli

199 gəlin eyni gündə ərə getdi VİDEO

Çeçenlərin şəhər günü bayramında qeyri-adi sürpriz

Çeçenistan şəhər günü münasibəti ilə qeyri-adi tədbir keçirilib. İstiPress-in TASS-a istinadla verdiyi məlumata görə, Qroznının mərkəzində, açıq havada 199 cütlüyün toyu baş tutub."Qroznıy City" adlanan komplekdəki kütləvi toya cütlükləri yaxınları ilə yanaşı, ölkənin müxtəlif yerlərindən gələn qonaqlar, o cümlədən şəhər sakinləri də qatılıb. Onlar Çeçenistanın adət-ənənələri də yaxından izləmək şansı qazanıblar.

Ayrı-ayrı maşınlarda mərasim keçirilən yerə ggələn cütlüklər ilk öncə xüsusi dekorasiyadan keçərək Moskvadan gələn təşkilatçıqların qurduğu 17 metrlik fərqli dizaynlı çadıra gəliblər. Gəlinlər ilk olaraq yaxınlıqdakı fəvarrədən adətə uyğun olaraq səhənglərlə su gətiriblər. Daha sonra ağsaqqallar bu sudan içərək onlara xeyir-dua veriblər.

199 gəlinin hamısına hədiyyələr təqdim edilib.
Oxşar xəbərlər