Рейтинг@Mail.ru
Tarix : 6-10-2017, 14:53 | Bölmə: maraqli

MUZ TV Azərbaycan peyk yayımına başlayırAzərbaycanın ilk musiqili internet televiziyası olan MUZ TV Azərbaycan peyk yayımına başlayır. Bu haqda məlumatı telekanalın mətbuat xidməti yayıb. Televiziyayla Azərkosmos arasında əldə olunmuş razılığa əsasən, kanal 6 oktyabr 2017-ci il tarixindən etibarən “Azerspace-1” peyki vasitəsilə 13975 V/11174,4 H tezliyi ilə yayımlanacaq.

Qeyd edək ki, MUZ TV Azərbaycan 11 may 2012-ci il tarixindən yayıma başlayıb və musiqi mədəniyyətinin təbliği istiqamətində ixtisaslaşıb.
Azerinews.org
Oxşar xəbərlər