Рейтинг@Mail.ru

Oxunub : 367 | Tarix : 13-06-2016, 14:43 | Bölmə: maraqli

Milli Qurtuluş Gününə həsr olunmuş konsertdən FOTOlarBakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəzin təşkilatçılığı ilə "Xəzri" rəqs qrupunun 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirilib.

Azerinews bildirir ki, Nizami Kino Mərkəzində baş tutan konsert proqramında "Xəzri"rəqs qrupunun ifa etdiyi maraqlı rəqs nömrələri tamaşaçıların zövqünü oxşayıb.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Və Turizm Baş İdarəsinin rəisi Vuqar Zenalov, İdarə rəisinin muavini Nazim Əliev, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəzin direktoru Hacı Əliyev, valiydeynlər və başqaları iştirak edib.

İlk öncə H. Əliyev Milli Qurtuluş Günü münasibətilə qonaqları təbrik edib, bu günün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Sonra bədii rəhbərlər, əməkdar incəsənət xadimi Elçin Qədimova və İradə Osmanova, Mərkəzin baş meneceri Tofiq Dadaşov və rəqs qrupunun üzvləri fəxri fərmanlarla təltif olunublar.

Konsertdə təqdim olunan Polad Bülbüloğlunun "Şən Azərbaycan", Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası, "Uzundərə" və "Tellərini yan dara qız" xalq mahnıları kimi musiqi sədaları altında rəqqasların maraqlı ifaları, xüsusilə azyaşlı qızlarin "Cücələrim", "Çətirlərlə şən rəqs", oğlanlardan ibarət rəqs qupunun "Şən oğlanlar" rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.Estrada müğənnilərin çıxışları isə konsertə xüsusi rəng qatıb.

Qeyd edək ki, "Xəzri" rəqs qrupu 2014-cü ildən uğurla fəaliyyət göstərir. Qrupunun repertuarında müxtəlif Azərbaycan və dünya xalqlarının rəqsləri yer alır.

Milli Qurtuluş Gününə həsr olunmuş konsertdən FOTOlar
Milli Qurtuluş Gününə həsr olunmuş konsertdən FOTOlar
Milli Qurtuluş Gününə həsr olunmuş konsertdən FOTOlar
Milli Qurtuluş Gününə həsr olunmuş konsertdən FOTOlar
Milli Qurtuluş Gününə həsr olunmuş konsertdən FOTOlar
Milli Qurtuluş Gününə həsr olunmuş konsertdən FOTOlar
Milli Qurtuluş Gününə həsr olunmuş konsertdən FOTOlar
loading...
Oxşar xəbərlər