Рейтинг@Mail.ru
Tarix : 11-07-2017, 17:11 | Bölmə: redaktor

ADPU-Ağcabədi Filialında narazılıq - Mətanət Fərzəliyevadan şikayət var (VİDEO)Azerinews.org-a ADPU-Ağcabədi Filialında direktoru Mətanət Fərzəliyava barədə ittiham xarakterli yazı daxil olub və müəllif onun saytımız vasitəsilə işıqlandırılmasını xahiş edib. Bildirək ki, bu ittihamların nə dərəcədə həqiqət olduğunu bilmirik. Ancaq iddiaların həqiqət olduğunu da dana bilmərik. Kəsəsi, bunları araşdırıb ölçü götürməli olan şəxslər və qurumların adları elə bu yazıda çəkilir…

Gəlin öncə Mətanət Fərzəliyevanın keçmişinə qısa nəzər salaq. Bizə daxil olan məlumata görə, Mətanət Fərzəliyeva hələ gənc yaşlarında AMİ-nin Şuşa filialında işlədiyi zaman Ağdam sakini Qamət adlı şəxsin qızından rüşvət aldığı üçün adıçəkilən təhsil müəssisəsindən xaric edilib. Bu, “alim” xanımın “fəaliyyət”ləri bununla da yekunlaşmayıb. Belə ki 17 may 2005-ci ildə 303/35 saylı əmrin çıxarışı əsasında 17 sentyabr 2005-ci il tarxili (protokol nöm.1) iclasının qərarı əsasında tədris prosesinin təşkilində yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Müəllimlər İnstitutunun sabiq rektoru, millət vəkili Aqiyə Naxçıvanlının əmri ilə Fərzəliyeva Mətanət Çərkəz qızı 23 sentyabr tarixindən etbibarən Ağcabədi filialının tədrsi işləri üzrə direktor müavini vəzifəsindən azad edilib. Hətta bu azmış kimi 16 aprel 2010-cu il tarxidə keçmiş təhsil naziri Misir Mərdanovun 14 nömrəli əmri ilə işlərində yol verdikləri nöqsanlara və əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru Xəqani Məmmədova töhmət, tədris və elmi işlər üzrə direktor müavini Mətanət Fərzəliyevaya və baş mühasib Qnyaz Abbasova isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Ancaq maraqlıdır ki, AMİ ləğv olunandan sonra bu qədər pozuntunun və nöqsanların içində olan bu şəxs kimlərinsə ciddi dəstəyi ilə sonradan yeni yaradılan ADPU-Ağcabədi Filialının direktoru təyin edilib. Məlumat üçün bildirək ki, adı çəkilən təhsil ocağında Mətənət xanın rəhbərlik edəndən sonra da vəziyyət dəyişməyib və burda baş qaldıran narazılıqlar və ciddi qanun pozuntuları yenidən bu təhsil ocağını diqqət mərkəzində saxlayır.

Qeyd edək ki, imtahan sessiyalarında “qaz vurub qazan dolduran” Mətənət xanımın bir neçə etibarlı adamı var ki, onun “bankiri” funksiyasını yerinə yetirir. Məlumatda deyilir ki, işini ustalıqla görən dekan və kafedra müdirləri tələbələrdən aldığı pulları məktəbdə yox, rayon mərkəzindən bir qədər kənarda—rayounun çıxışındakı benzindoldurma məntəqsinin yanında alır. Hətta tələbələrdən biri qrup yoldaşının onun şəxsi avtomobilinə pul qoyduğu yerdə şəklini çəkib.( Bu məlumatı bizə övladlarından pul alınan valideyinlər yazıb) Əslində rüşvət və korrupsiya əməlləri bununla bitmir.Araşdırma gedir və hüqupozmaların davamı kimi yaxın günlərdə çox ilginc faktlar ortaya qoyulacaq…

Bundan başqa Mətanət xanımın Bakının Sulutəpə qəsəbəsindəki villası ilə də bağlı fotolar və ilginc məlumatlar göndərilib. Bu baradə də oxuculara geniş məlumat verəcəyik.

Qarşı tərəfidə dinləməyə hazırıq
Oxşar xəbərlər