Рейтинг@Mail.ru
Oxunub : 2089 | Tarix : 10-09-2016, 20:11 | Bölmə: secilmis, redaktor, banner

Anar Verdiyev atasının biznes imperiyasını genişləndirir - “Bakcell”dəOlmaya, Anar Verdiyev atasının biznes imperiyası qurmasında və rəqiblərini sıradan çıxarmasında müstəsna bir rol oynayıb?

Bu günlərdə Dövlət Təhlükəsizlik Xidməti ölkənin “Azercell”, “Azerfon” (“Nar Mobile”) və “Bakcell” kimi aparıcı mobil operatorlarında xüsusi əməliyyat həyata keçirmiş və nəticədə bir neçə şəxs həbs olunmuşdu. Həbs olunan şəxslər həmin mobil operatorların çoxsaylı abunəçilərinə dair fərdi məlumatları, o cümlədən abunəçilərin anket məlumatlarını, zəng tarixçələrindən çıxarışları, antenalar üzrə vətəndaşların olduqları yerlər və yerdəyişmələri və sair qapalı məlumatları çıxararaq başqasına ötürməkdə ittiham olunurlar. Qeyd edək ki, mobil rabitə həyatımızın bir hissəsidir və hətta internetdən istifadə edənlərin çoxu da mobil operatorların xidmətlərindən yararlanırlar. Belə olduğu halda, mobil rabitə bazarında hansısa imkanları olan şəxslərin bundan öz mənfur məqsədləri üçün istifadə etməsi qaçılmaz deyil.14139078_1753381741588362_2098165491_o

Lakin inanırıq ki, hüquq mühafizə orqanları bu istiqamətdə nəzarəti gücləndirəcək və belə halların təkrarlanmasına imkan verməyəcəklər. Lakin bu sahədə hər hansı qruplaşmaya, şəbəkəyə aid olmadan, öz şəxsi və ya ailə maraqlarına da mobil rabitə bazarındakı imkanlarından istifadə edənlər ola bilər. Məsələn, biznesmen qohumları olan bir şəxsin başqa bir biznesmenin və ya rəqibin məlumatlarını ələ keçirməsi və ötürməsi istisna deyil. Bura kommersiya sirləri, tenderlərlə və layihələrlə bağlı məlumatlar, yazışmalar da şamil edilə bilər.

Bu günlərdə Qafqaznews.az-da “Müqayis və Anar Verdiyevlər mobil rabitə bazarına necə girdilər?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi: “ Goranboyda fəhlələrin etiraz aksiyasından sonra tutulan Müqayis Verdiyevin azadlığa qovuşmasında onun oğlu, hazırda “Bakcell”in baş satış meneceri olan Anar Verdiyev xüsusi fəallıq göstərib. Məlumata görə, vaxtilə “Bakcell”də adi satış meneceri olan Anar Verdiyev bir sıra saytların redaksiyalarını gəzir və sayt rəhbərlərinə əlverişli paketlər, müxtəlif bonuslar vəd edərək yaxın münasibət qururdu.

“Sonradan isə Anar Verdiyev “şə14087464_1751585075101362_321146101_orlənərək həbs olunan” atasının problemini dilə gətirir və ayrı-ayrı jurnalistlərin dəstəyini qazanaraq Müqayis Verdiyevin azad olunması üçün piar kampaniyasının başlanmasına səbəb olur. İş o yerə çatır ki, bir sıra müxalifət qəzetlərində Müqayis Verdiyev gündəmin mövzusuna çevirilir və nəticədə Goranboy icra başçısının birinci müavini Baxış Abdullayev vəzifəsindən azad olunur, adıkeçən iş adamı isə həbsdən çıxır. Bir müddət “boş-bikar” dolaşdıqdan sonra, Müqayis Verdiyev Zakir Fərəcovun ətrafında özünə yer tapır və icra başçısıyla yaxınlığından istifadə edərək, oğlu Anarın da mobil rabitə bazarında “parlamasına” kömək edir. Məhz bu və digər əlaqələrin köməyi ilə, əvvəlcə “Bakcell”də abunəçi xəbər saytlarına kuratorluq edən Anar Verdiyev tədricən iri müəssisələrin, şirkətlərin kuratoruna çevrilir, böyük məbləğlərlə ölçülən satış əməliyyatları həyata keçirir. Bununla da, Anar Verdiyev 2016-cı ilin avqustunda adi menecer vəzifəsindən baş menecer vəzifəsinə gətirilir”, – deyə mənbə qeyd edir.

Məlumatda o da qeyd olunur ki, atasının və onun tanışları vasitəçiliyi ilə nəinki Bakı və Sumqayıtda, hətta bölgələrdə mobil rabitə bazarını tədricən ələ almağa, bir sıra sahibkarlarla birlikdə “xüsusi çevrə” yaratmağa başlayıb”. Göründüyü kimi, Müqayis Verdiyevin azadlığa çıxmasında oğlu Anarın müstəsna rol oynadığı, hətta bunun üçün müxalifət camiəsinə belə ağız açaraq, hər cəbhənin jurnalistinə yaxınlaşdığı barədə məlumatlar diqqəti çəkir.14045064_1751586625101207_153182139_o

Həbsdən çıxdıqdan sonra M.Verdiyevin yenidən “dirçəlməsində” də Anar Verdiyevin adını çəkənlər az deyil. Əlbəttə ki, hər bir şəxs öz ailə biznesinə, yaxınlarına dəstək verməyə çalışa bilər və bu, tamamilə normaldır. Lakin istər bu, istərsə də digər hallarda vətəndaşların öz vəzifə səlahiyyətlərindən, təmsil etdiyi şirkətin imkanlarından yararlanması normal qəbul edilə bilməz. Bu barədə araşdırma apararkən, Müqayis Verdiyevin öz rəqiblərini məharətlə sıradan çıxarması, qısa müddətdə “uğurlu biznesmen”ə çevrilməsi ilə bağlı maraqlı nüanslar da üzə çıxdı. Oxucularda da sual yarana bilər ki, olmaya, Anar Verdiyev atasının biznes imperiyası qurmasında və rəqiblərini sıradan çıxarmasında daha müstəsna və ağlasığmaz bir rol oynayıb? Görəsən, bu rol “Bakcell” abunəçisi olan ayrı-ayrı iş adamlarının və məmurlarının şəxsi məlumatlara və yazışmalara əl uzatmağı da əhatə etməyib ki? Və nəhayət, hüquq mühafizə orqanları öz araşdırmalarını sona qədərmi aparıb? Ümid edirik, bu və digər suallara tezliklə cavab ala biləcəyik. Araşdırmamız davam edir…

Tamerlan Zeynallı
Oxşar xəbərlər