Рейтинг@Mail.ru

Oxunub : 1034 | Tarix : 4-11-2016, 12:29 | Bölmə: secilmis

Taleh Ziyadovun valyuta qara bazarında dollar alveri...Baş direktor Limanı əsasən Audit Xidmətinin rəisi Məftun Abbasova aid olan “Alternativ Group” şirkəti və Taleh Ziyadovun müşaviri Şahin Yusifova aid olan “Trans Kaspian Maintens” və “Trans Caspian HİT” şirkətəlri vasitəsi ilə talan edir

Taleh Ziyadov Limanın baş mühasibi Rafiq Rəfiyev vasitəsi ilə qara bazarda dollar alveri ilə də məşğul olur və hər gün qara bazarda külli miqdarda dollar satdırır.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov və onun əlaltılarının qanunsuz əməlləri ilə bağlı məlumatlar daxil olmaqda davam edir. Limandan daxil olan məlumata görə Taleh Ziyadov son zamanlar mətbuatda haqqında səsələndirilən korrupsiya və dövlət vəsaitlərini talan etməsi faktlarından ciddi narahat olsa da, talanını davam etdirməkdədir. Son bir ildə Limandan böyük pulların mənimsənildiyini qeyd edən mənbənin bildirdiyinə görə Taleh Ziyadov bu talanı Audit Xidmətinin rəisi Məftun Abbasova aid olan “Alternativ Group” şirkəti və Taleh Ziyadovun müşaviri Şahin Yusifova aid olan “Trans Kaspian Maintens” və “Trans Caspian HİT” şirkətəlri vasitəsi ilə həyata keçirir.

Qeyd edək ki, Məftun Abbasov Gülən şəbəkəsi tərəfindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına transfer olunmamışdan əvvəl Baş Prokurorluq yanıda Korrupsiyaya qarşı Mübarizə İdarəsində Xüsusi İşlər üzrə müstəntiq vəzifəsində çalışıb və iddilara görə o, Baş Prokurorluqda da çalışırkən də FETÖ terror təşkilatına qulluq edib və orda göstərdiyi xidmətlər hesabına Gülən şəbəkəsində önəmli fiqura çevrilib.

Taleh Ziyadovun müşaviri Şahin Yusifova gəlincə isə bu şəxsin də FETÖ terror şəbəkəsində yer aldığı qeyd olunur. Qəribədir ki, Taleh Ziyadov 4 müşavirlə çalışır və bu müşavirlərin Liman üçün konkret olaraq hansı işlərlə məşğul olduqları belə məlum deyil. Məlum olan odur ki, bu müşavirlər əsasən Taleh Ziyadova Limanı talan etmək üçün çalışırlar. Misal üçün Şihin Yusifovun tabeçiliyində 3 mühasib çalışır. Bu mühasiblərin işi Limana daxil olan pulları “Trans Kaspian Maintens” və “Trans Caspian HİT” şirkətəlrinin hesabına transfer etmək və sonradan müxtəlif xidmətlər adı altında həmin pulları nəqdləşdirərək mənimsəməkdən ibarətdir.

Mənbə qeyd edir ki, əgər Hesablama Palatası və yaxud da Baş Prokurorluq yanıda Korrupsiyaya qarşı Mübarizə İdarəsi Limanda araşdırmalara başlasalar çox böyük yeyinti və mənimsəmə faktları ilə üzləşəcəklər. Və hal-hazırda Baş Prokurorluq yanıda Korrupsiyaya qarşı Mübarizə İdarəsinin mətbuatda yazılan faktları araşdırmaması da, liman işçiləri arasında təəccüblə qarşılanır. Mənbə qeyld edir ki, Liman işçiləri ona görə Baş Prokurorluq yanıda Korrupsiyaya qarşı Mübarizə İdarəsinə deyil, mətbuata üz tuturlar ki, onların adlarının Taleh Ziyadova verilməsindən qorxurlar. Bu halda Liman işçiləri Taleh Ziyadovun onlara qarşı hər cür repressiv hərəkətlərə əl atacağından qorxurlar. Qeyd edək ki, Məftun Abbasovun daha əvvəllər Baş Prokurorluq yanıda Korrupsiyaya qarşı Mübarizə İdarəsində Xüsusi İşlər üzrə müstəntiq işlədiyini nəzərə alarsaq, onda Liman işçilərinini qorxularını başa düşmək olar.

Sayta daxil olan məlumatda o da qeyd olunur ki, Taleh Ziyadov Limanın baş mühasibi Rafiq Rəfiyev vasitəsi ilə qara bazarda dollar alveri ilə də məşğul olur. Mənbə bildirir ki, bir qayda olaraq Limanının gündəlik ödəmələri dollarla həyata keçirilir. Əldə olunan vəsaitlər Mərkəzi Bankın kursu ilə manatla kassaya mədaxil edilir. Dollar isə qara bazara çıxarılaraq baha qiymətə satılır və ortada olan fərq mənimsənilir. Mənbə qeyd edir ki, bunun üçün Rafiq Rəfiyevin əlinin altında beş-altı adam çalışır. Onlar dolları Rafiq Rəfiyevdən alır, qara bazarda sataraq yenidən manatla Rafiq Rəfiyevə qaytarırlar.

Qeyd edək ki, bütün bu işlərdən Taleh Ziyadovun birbaşa xəbəri var və Limanda fəaliyyət göstərən böyük korrupsiya “çətəsi” talanlarını birbaşa Limanın baş direktornun rəhbərliyi altında həyata keçirir. Taleh Ziyadovun məlumatı xariciqdə talançı “çətə” heç bir addım atmır. Buna görə də Limandı uzun müddət çalışan işçilər baş verən talana görə birbaşa Taleh Ziyadovun məsuliyyət daşıdığını vurğulayaraq, hüquq-mühafizə orqanlarından öz vəzifələrini yerinə yetirməyi istəyirlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
ANAXEBER.az
Oxşar xəbərlər