Рейтинг@Mail.ru

Oxunub : 383 | Tarix : 22-12-2016, 11:55 | Bölmə: secilmis

Mədət Quliyev bu üç qüvvəni hədəf seçdi - TƏFSİLATMilli Təhlükəsizlik Nazirliyinin ləğvindən sonra bəziləri hesab edirdi ki, təhlükəsizlik sisteminin reputasiyasını bərpa etmək uzun zaman tələb edəcək

MTN rəhbərliyinin dələduz və cinayətkar əməllərinin ifşasından sonra cəmiyyətdə “KQB” anlayışına inam sarsılmışdı. Çünki təhlükəsizlik xidməti dövlətin və xalqın onurğa sütunudur.

Ancaq çox çəkmədi ki, prezident sərəncamı ilə yaradılan Dövlət Təhlükəsizlik Xidməti və onun ilk rəisi, general Mədət Quliyev bu struktura olan inamı tezliklə bərpa edə bildi.

Bu gün DTX sıralarında xidmət göstərən dövlət qulluqçuları M.Quliyevin rəhbərliyi altında yeni bir idarəçilik, yeni sistem və yeni nəfəslə fəaliyyətdədir.

DTX rəisi bu posta təyin olunar-olunmaz cəmiyyəti narahat edən, ölkənin milli təhlükəsizliyini təhdid edən, iqtisadi siyasətini şantaj və sabotaj edən qüvvələrə qarşı mübarizəyə başladı.

General M.Quliyev xaricdən idxal olunan radikal dini ekstremizmə, İŞİD və digər silahlı qruplaşmalara qarşı, bu şəbəkələrə daxil olan terrorçuların zərərsizləşdirilməsi, müqavimət göstərən üzvlərinin məhv edilməsi istiqamətində mühüm addımlar atdı.

Həm Zaqatala, Xaçmaz, Gəncədə radikalların ifşa edilməsi, həm “Binə” bazarında özünü partlatmaq istəyən kamikadzenin vaxtında zərərsizləşdirilməsi, həm müqavimət göstərənlərin məhvi DTX-nın ayıq-sayıqlığı, peşəkarlığı sayəsində baş tutub.
DTX rəisi təkcə radikal dindarlarla yox, iqtisadi müstəvidə də qanunsuzluqla mübarizəyə qarşı çırmanıb. Son günlər dolların satışı üçün “qara bazar”da meydan sulayanlar ələ keçirilir.

Daxili İşlər Nazirliyinin də bu əməliyyatlarda çox böyük əməyinin xüsusi qeyd etmək lazımdır. Ancaq habelə DTX rəhbərliyi valyuta şantajına əl atanları cəzalandırır.

Həmçinin, “reket” mediaya qarşı amansız mübarizə aparılır. M.Quliyev mahmudovçu jurnalistlərin ifşası, şantajla məmurları hədələyən media adamlarının faş olunması istiqamətində addımlar atır.

Mədət Quliyev DTX rəhbəri təyin olunana qədərki dövrdə özünə müsbət imic qazanmışdı. O daxili işlər orqanlarında çalışarkən cinayətkarlığa qarşı mübarizə sahəsində, eyni zamanda idarəetmədə səriştəli olduğunu sübuta yetirib.

O, dövlətə, dövlətçiliyə bağlı bir kadrdır. Hazırkı dövrdə Mədət Quliyev çox yaxşı bilir ki, keçmiş MTN rəhbəri Eldar Mahmudov kimi adamlar Azərbaycanın maraqları əleyhinə total fəaliyyət göstəriblər.

DTX isə geniş bir məkanda Azərbaycan üçün mühüm informasiyaları əldə edir, onu dövlət rəhbərliyinə təqdim edir. Mühüm planlar hazırlayır, dövləti qəsblərdən, terrordan qoruyur. Mədət Quliyevin buna imkanları çatır.

O, həyatda olan Milli Qəhrəman kimi istəyir ki, DTX xalqın etimad etdiyi, inandığı və sevdiyi bir quruma çevrilsin. Və bunu da bacarır…

Politika.Az
loading...
Oxşar xəbərlər