Рейтинг@Mail.ru
Tarix : 15-07-2017, 16:03 | Bölmə: siyaset

Prezident: "Dəfələrlə xəbərdarlıq etmişəm ki..."

İlham Əliyev qalmaqallı tikinti aparılan ərazidə

"Bu parkın da xüsusi tarixçəsi var. Bu ərazidə heç vaxt park olmayıb. Bu ərazidə bir çox hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulurdu. Əfsuslar olsun ki, bu işləri görən insanlar buradakı ağacları da kəsmişdilər. Mən bütün dövlət məmurlarına, özəl qurumlara dəfələrlə xəbərdarlıq etmişəm ki, ağaclar kəsilməməlidir, ağacları kəsmək olmaz. Ancaq bir şərtlə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy versin və əgər hansısa dövlət əhəmiyyətli bir layihə üçün ağaclar götürülməlidirsə, onların yeri dəyişdirilməli və yeni ağaclar əkilməlidir. Ona görə mən bu məsələdən xəbər tutan kimi dərhal göstəriş verdim, şəhər icra hakimiyyətinin başçısını buraya göndərdim və nəticədə belə gözəl bir ictimai yer yaradılıb. Bu parkın xüsusi tarixçəsi vardır və bütün qurumlara da, şirkətlərə də, iş adamlarına da dərs olacaq ki, ağacı kəsirsənsə cəzan cərimə ilə bitməyəcək".

Bunu Mətbuat prospektindəki parkla tanış olan prezident İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Dövlət Dram Teatrının arxasında yeni park salınır. “Sovetski” adlanan ərazidə həm yol infrastrukturu, həm ictimai yerlər, gözəl yaşıllıqlar salınacaq. Növbəti böyük park Yusif Səfərov küçəsində salınır, ümid edirəm ki, yaxın aylarda istifadəyə veriləcək.
Oxşar xəbərlər