Рейтинг@Mail.ru
Tarix : 17-07-2017, 11:12 | Bölmə: siyaset

Serj Sarkisyan: "İlham Əliyevlə görüş payızda ola bilər"

“Onlar yüksək səviyyədə görüşün təşkili ilə bağlı bizim mövqeyimizlə maraqlandılar"

Azərbaycan və Ermənistan prezidentləri payızda görüşə bilər. İstiPress xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan yerli televizya kanallarından birinə müsahibəsində deyib. S.Sarkisyan deyib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüş haqqında ilkin razılıq bir neçə həftə əvvəl–ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri zamanı əldə olunmuşdu.

“Onlar yüksək səviyyədə görüşün təşkili ilə bağlı bizim mövqeyimizlə maraqlandılar. Biz hər hansısa görüşün əleyhinə deyilik. Ancaq bu görüşlərə çox ümid bəsləmirik. Ola bilsin ki, görüş payızda baş tutsun" deyə Ermənistan prezidenti çıxışında qeyd edib.
Oxşar xəbərlər