Рейтинг@Mail.ru

Oxunub : 317 | Tarix : 3-06-2016, 13:08 | Bölmə: siyaset

Prezidentdən yeni qanun layihəsi


Magistrlərə və doktorantlara möhlət hüququ veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə millət vəkili Zahid Oruc məlumat verib. O bildirib ki, ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə yeni qanun layihəsi daxil olub: “Təhsildə fasilsəzliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə “hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna dəyişiklik təklif olunur.

Qüvvədə olan qanunvericilik aktının 21.1.4 cü maddəsində təkcə bakalavr təhsili alanlar deyil,eləcə də bundan sonra magistr və doktorantlara hərbi xidmətdən möhlət verilməsi nəzərdə tutulur”.

Onun sözlərinə görə, Azərbaycanda elmi və təhsilin fundamental problemlərindən biri olan bu məsələnin həllini tapması prezidentin yeni təhlükəsizlik siyasitinin tərkib hissəsidir: “Ordu peşəkarlardan ibarət olmaqla bərabər alimlər də elm səngərində döyüşməyə hazılanmaalıdılar. Hər il daha çox qocalan elm adamlarımız orta yaşı 55-dən yuxarı idi. 30 yaşlı gənc alim tapmaq Sokratın məlum axtarışlarına bənzəyirdi. Orta məktəblərimizdə tədrisi aparan müəllim korpusunun 90 faizi xanımlardan ibarət idi. Magistr pillləsində də eyni tendensiya gedirdi və elmin ağır yükü qadınlarımızın zərif çiyinləri üzərinə qoyulurdu. Nəhayət, dövlət rəhbəri tərəfindən özünün əhəmiyyətinə görə misilsiz olan belə bir addım atıldı. Milli Məclis gələn həftə layihəyə baxacaq və plenar iclasa çıxararaq qəbul edəcək. Ümidvarıq ki, qanunun yeni variantından artıq bu ildən yararlanmaq mümkün olacaq və Təşkilat-səfərbərlik idarəsi qüvvəyə minəcək yeni müddəaları rəhbər tutacaq”.

Qeyd edək ki, ötən həftə qəbul edilmiş “Elm haqqında” qanunda magistr və doktorantlar hərbi xidmətdən möhlət hüququndan məhrum edilmişdi. Qanun layihəsinin müzakirəsi zamanı bir sıra millət vəkilləri məsələyə etiraz etmişdilər.
loading...
Oxşar xəbərlər