Gömrük Kömitəsində seçkiöncəsi TƏXRİBAT: Faiq Seyidov sahibkarları prezidentə qarşı qaldırırGömrük Kömitəsində seçkiöncəsi TƏXRİBAT: Faiq Seyidov sahibkarları prezidentə qarşı qaldırırLənkəranın icra başçısının RİH-də vəzifə verdiyi saxta diplomlu məmurları – TƏFƏRRÜATLənkəranın icra başçısının RİH-də vəzifə verdiyi saxta diplomlu məmurları – TƏFƏRRÜATŞəbnəm Tovuzlunun gizli sponsoru, BŞİH-də “tenderlər kralı” kimi tanınan Ramazan Mirzəyevin ŞOK GİZLİNLƏRİŞəbnəm Tovuzlunun gizli sponsoru, BŞİH-də “tenderlər kralı” kimi tanınan Ramazan Mirzəyevin ŞOK GİZLİNLƏRİİcra başçısı iş adamına 1 milyon atdı: Vaqif Abdullayev, Bulud Aslanovla pul üstündə ƏLBƏYAXAYA ÇIXDIİcra başçısı iş adamına 1 milyon atdı: Vaqif Abdullayev, Bulud Aslanovla pul üstündə ƏLBƏYAXAYA ÇIXDIGömrük monopoliyasının yeni əfsanəsi “Karqo Şamil” Əbülfəz Məlikovu döydü adamlarını GİROV GÖTÜRDÜ – QARŞIDURMAGömrük monopoliyasının yeni əfsanəsi “Karqo Şamil” Əbülfəz Məlikovu döydü adamlarını GİROV GÖTÜRDÜ – QARŞIDURMA''İtmiş'' briliyant qaşlı üzüyün sirləri – Aynur Camalqızına qədər uzanan Rza Zərrab xətti''İtmiş'' briliyant qaşlı üzüyün sirləri – Aynur Camalqızına qədər uzanan Rza Zərrab xəttiƏbüdfəz Məlikov – Əli Kərimli İTTİFAQI: seçkiöncəsi milyonlar xarici banklar daşındı – PREZİDENTƏ XƏYANƏTƏbüdfəz Məlikov – Əli Kərimli İTTİFAQI: seçkiöncəsi milyonlar xarici banklar daşındı – PREZİDENTƏ XƏYANƏTZərdab rayon Təhsil şöbəsinin müdiri Lalə Əmirəliyevanın korrupsiya əməlləri – FOTOLARZərdab rayon Təhsil şöbəsinin müdiri Lalə Əmirəliyevanın korrupsiya əməlləri – FOTOLAROliqarx Maliyyə idarəsinin rəisi Rəşid Manafovun topdağıtmaz varidatı – SİYAHIOliqarx Maliyyə idarəsinin rəisi Rəşid Manafovun topdağıtmaz varidatı – SİYAHIPrezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdiPrezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdiBu gün Bu gün "20 Yanvar" faciəsindən 28 il ötür...Əbülfəz Məlikovun “cücərən” arzuları: Poqonsuz generalı İran kəşfiyyatına aparan YOLƏbülfəz Məlikovun “cücərən” arzuları: Poqonsuz generalı İran kəşfiyyatına aparan YOLBeyləqanda müdhiş saxtakarlıq: Aslanovlar ailəsi polis kapitanından şikayətçi düşdü - Prezidentə müraciətBeyləqanda müdhiş saxtakarlıq: Aslanovlar ailəsi polis kapitanından şikayətçi düşdü - Prezidentə müraciətQazax keçid məntəqəsində biabırçılıq: Gömrük işçisi qadınları belə söyüb, təhqir etdi – VİDEOQazax keçid məntəqəsində biabırçılıq: Gömrük işçisi qadınları belə söyüb, təhqir etdi – VİDEOSOS: Broker Əbülfəzin “kütləvi qırğın silahı” – kimyəvi saxta yumurtalar (FOTO+VİDEO)SOS: Broker Əbülfəzin “kütləvi qırğın silahı” – kimyəvi saxta yumurtalar (FOTO+VİDEO)
Рейтинг@Mail.ru
Tarix : 9-02-2018, 16:16 | Bölmə: siyaset

İlham Əliyevdən daha bir nazirliklə bağlı fərman
"Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" ölkə prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq, bir sıra qurumların, o cümlədən, Kənd Təsərrüfatı Nazirliyinin bəzi səlahiyyətlərinin məhdudlaşdırılması, onların səlahiyyətlərinin yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinə verilməsi nəzərdə tutulur.
Sonxeber.az xəbər verir ki, bununla bağlı "Baytarlıq haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.
Qanun layihəsi bu gün Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb. Komitə sədri Eldar İbrahimov bildirib ki, fərmanın tələblərindən irəli gələn yeni qanunvericilik sənədinə əsasən baytarlıq nəzarətinin və xidmətlərinin əhatə dairəsi dəqiqləşdirilir, Azərbaycanda baytarlıq xidmətinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirildiyi təsbit olunmaqla, baytarlıq xidmətinin təşkili, hüquqları, vəzifələri və sair ilə bağlı mövcud qanunda nəzərdə tutulan bir sıra maddələr ləğv olunur. Yəni qanun layihəsinə edilən dəyişiklikdə baytarlıq, bitki mühafizəsi və karantin sahəsində (heyvan və bitki mənşəli məhsullar və xammal istisna olunmaqla) dövlət nəzarətinin və xidmətlər göstərilməsinin Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətində qalması, heyvan və bitki mənşəli məhsullar və xammal da daxil olmaqla, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsinin Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyət bölgüsünə daxil edilməsi təklif olunur.
Qanun layihəsində heyvan mənşəli məhsul və xammal anlayışı da əksini tapıb. Bununla bağlı qanuna 1.0.14 və 1.0.15-ci maddələrin əlavə edilməsi təklif olunur. 1.0.14-cü maddədə qeyd edilir ki, heyvan mənşəli məhsullar insan istehlakı üçün yararlı olan ət, süd, yumurta, bal və emal yolu ilə alınan məhsullardır. 1.0.15-ci maddədə bildirilir ki, heyvan mənşəli xammal gön, dəri, yun, tük, qıl, lələk. Sümük, buynuz, dırnaq, qida və yem üçün yaramayan digər heyvan mənşəli tullantılar və baytarlıq konfiskatlarıdır.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Oxşar xəbərlər