Рейтинг@Mail.ru

Oxunub : 352 | Tarix : 8-07-2016, 21:32 | Bölmə: siyaset

 Prezident İlham Əliyev NATO sammitinin açılış mərasimində iştirak edib - FOTOLARİyulun 8-də Polşanın paytaxtı Varşavada NATO-nun Sammiti işə başlayıb.Azerinews.tv məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Sammitin açılışında iştirak edib.NATO-nun Varşava Sammitində Alyansa üzv olan və İSAF proqramına qoşulan tərəfdaş ölkələrdən, BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edirlər.NATO-nun baş katibi Yens Stoltenberq və Polşa Prezidenti Andjey Duda Azərbaycan prezidenti İlham Əliyevi, həmçinin digər dövlət və hökumət başçılarını salamlayıb. Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər. Sonra NATO-nun Sammiti işə başlayıb.Varşava Sammiti ilə NATO adaptasiya prosesinin yeni mərhələsinə qədəm qoyur. NATO Estoniya, Latviya, Litva və Polşada dörd batalyonunu yerləşdirməklə Alyansın şərq hissəsində NATO qüvvələrinin mövcudluğunu daha da gücləndirəcək. Sammitdə Cənubdan qaynaqlanan çağırışlara NATO-nun daha da uyğunlaşdırılması üçün çərçivə sənədi qəbul ediləcək.
 Prezident İlham Əliyev NATO sammitinin açılış mərasimində iştirak edib - FOTOLAR

loading...
Oxşar xəbərlər