Рейтинг@Mail.ru

Oxunub : 1269 | Tarix : 4-08-2016, 17:30 | Bölmə: siyaset

ŞOK - Gülən Azərbaycanda “Qisas əməliyyatı”na başladı Hələ Türkiyədə 17-25 dekabr hadisələrindən sonra Azərbaycanda da güclənən “anti-fətullahçılıq” dalğasını Fətullah Gülənin azərbaycanlı emissarları iki ölkənin də maraqlarına zidd hala gətirməyi bacarmışdılar. Belə ki, Gülən ilə əlaqəsi olmayan dindarları, daha çox Türkiyə iqtidarının maraqlarını müdafiə edən kiçik nurçu qrupları polisə hədəf göstərərək, öz planlarını həyata keçirmişdilər. Belə ki, polisin basqın etdiyi evlərdən Gülən ilə bağlı heç bir ədəbiyyat çıxmamaqla bərabər, həbs olunduqları üçün “Zaman” qəzeti Türkiyədə “Ərdoğan müsəlmanları satdı, Azərbaycan onları həbs edir” başlığını atmışdı. Mühafizəkar toplum olan Türkiyədə bu birmənalı qarşılanmamışdı.
O zaman Yenicag.az-ın məsələni həm Azərbaycan, həm də Türk gündəminə daşıması və Türkiyənin bu mövzuda bilgiləndirilməsi nəticəsində ciddi bir yalnışın önü kəsildi. “Prezidentlə məmurların mübarizəsində Gülən fərqi” başlıqlı məqalədə göstərilirdi ki, “ Azərbaycan məmurlarının “nurçu ovu” Fətullah Gülənin düşmənlərini “əzmə əməliyyatıdır” və birbaşa Pensilvaniyaya xidmət etməkdədir”.

Yazıdan sitat: “Və maraqlıdır ki, kimin Fətullah Gülənə bağlı olduğu gün kimi aydın olsa da, günahsız insanlar hədəf göstərilir, zamanında bu şəbəkəyə qarşı döyüşən insanlar Gülənin adamları kimi təqdim edilir. Siz heç Əliyevin əmmaməli birini işdən çıxardığını gördünüzmü bu məsələ ilə bağlı? Xeyr. O zaman siz nədən Gülən tərəfdarlarını deyil, 4-5 nəfər fağırı həbs edirsiniz ki, onların adamları da Türkiyədə Azərbaycanda müsəlmanların sıxışdırıldığını və bunu Ərdoğan vasitəsi ilə edildiyini desin. Siz kimdən yanasınız? Əliyevdənmi, Güləndənmi?

Və bir daha vurğulamaqda fayda var. Gülənin dərdi din-iman deyil. Fətullah Gülən hələ 1996-cı ildə yayılan kassetlərində deyirdi ki, mövcudiyyətimizi hiss etdirmədən irəlilərə getmək lazımdır, dövlətin can damarlarında dolaşıb, yara almadan geri dönmək lazımdır”. Göründüyü kimi Gülənin Türkiyədə ittiham olunduğu məsələ dövləti ələ keçirmək, paralel dövlət qurmaqdır. Bu həyatlarını insanların axirətini qurtarmağa həsr edənin nəyinə lazımdır?

Ancaq göründüyü kimi burada da PARALEL YAPI, yəni Fətullah Gülən şəbəkəsi gözəl işləməkdədir. Fətullah Gülən camaatına qarşı olan, bu camaatın planlarına ortaq olmayan nə qədər insan varsa, onlar Gülən ilə əlaqədə suçlanırlar.

… Nəticə etibarı ilə, Ərdoğanı Türkiyədə yenə bilməyənlər burada olanları Türkiyəyə ötürərək Əliyev-Ərdoğan barışını pozmaq istəyirlər. Səbəb isə illərdən bəri Gülən camaatı ilə bərabər olan bir sıra məmurların əslində öz bizneslərini qorumaq üçün dövlətlərarası münasibətləri pozmaqdan belə çəkinməməsi Əliyevə Gülənə olduğu qədər sədaqətli olmamalarıdır.

“Nurçularla mübarizə” adı altında Gülənə qarşı olanların əzilməsindən sevinən və bu oyunun tək qazananı isə Güləndir…”

Əslində bu gün eyni oyun davam edir. Belə ki, 15 iyul Türkiyədə çevrilişə cəhddən sonra da Azərbaycanda fətullahçıların “vurulacağı” söylənilir. Görünüşə görə, hətta belə bir “vurulma”ya start verilib. “Zaman” qəzetinin Azərbaycan əlavəsi öz-özünü Türkiyə-Azərbaycan qardaşlığına qarşı zərərli olduğunu “qəbul edib”, bağlayıb. Ancaq sosial media üzərindən Ərdoğan düşmənçiliyi etməyə davam edirlər. Qəzetin baş redaktoru Anar Qaraxançallı öz sosial media hesabından həm Güləni təbliğ etməyə davam edir, həm də qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə fəaliyyət göstərir. Rusiya ilə təyyarə krizisi sona çatdığı gün bundan “qəzəblənərək”, Ərdoğanı ən sərt şəkildə təhqir edən baş redaktor sonradan yazdığını silsə də, hələ də digər sərt ifadələri yerindədir. O zaman “Ərdoğan hamının tüpürdüyünü yalayır” yazan A.Qaraxançallı bu gün də anti-Ərdoğan fəaliyyətlərin başında dayanır.
ŞOK - Gülən Azərbaycanda “Qisas əməliyyatı”na başladı

Qafqaz Universiteti də guya əvvəl bağlandı, daha sonra “əl dəyişdirdi”. Əhməd Sanıc rektorluqdan getsə də, universitetdə qalmağa davam edir. Təkcə o da deyil. Qafqaz Universitetinin bütün fətullahçı kadrları təhsil müəssisəsində qalmağa davam edirlər. Əvvəlki yazılarımızda adlarını çəkdiyimiz istər Natiq Paşa, istər Şaiq Nəbiyev, istərsə də digər fətullahçı prorektor və dekanlar iş başındadırlar.

Sadəcə, onlar da deyil. Bu gün Elnur Aslanov, Ceyhun Osmanlı, Elşad İskəndərovu və bu qrupun digər üzvləri guya “vuruldular”. Ancaq Prezident bu məsələdə Türkiyə prezidenti ilə eyni mövqeyi paylaşsa da, bir sıra məmurlar onları qorumaqdadırlar.
ŞOK - Gülən Azərbaycanda “Qisas əməliyyatı”na başladı

Gülənin imamları ilə ildə milyonlarla pul silənlər onların getməsində maraqlı deyil. Bunun üçün əksər imamlar “iş adamı” adı altında Azərbaycanda qalmaqdadır. Məsələn, Fətullah Gülənin fəxri sədri olduğu Gazeteciler ve Yazarlar Vakfının Azərbaycan nümayəndəliyi olan “Dialoq Avrasiya” jurnalının (DAP) keçmiş sədri Mustafa Saatçı bu vəzifədən ayrılsa da, “Aksesuar İnşaat”da vəzifəyə gətirilərək, ölkədə qalması təmin edildi. Dövlət Miqrasiya Xidməti də Azərbaycanda istədiyi qapını təpiklə açan bu şəxsə çox rahat çalışma izni verdi. DAP-ın yeni sədri Cəlil Ərdəm isə hazırda media qurumları ilə fətullahçılar arasında münasibətləri tənzimləyir və ona da “gözün üstə qaşın var” deyən yoxdur.
ŞOK - Gülən Azərbaycanda “Qisas əməliyyatı”na başladı

Ancaq çox maraqlıdır ki, son günlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən bir sıra iş adamlarının ölkəmizdən deportasiyasına başlanılıb. Görünüşə görə, Azərbaycan ölkəmizdəki fətullahçı iş adamlarını “təmizləyir”. Fəqət adamların kimliyini öyrəndikdə, tam tərsinin olduğu görünməkdədir. Deməli, ölkəmizdə fəaliyyət göstərən və illərlə fətullahçılara qarşı olan iş adamları indi bu damğa ilə ölkəmizdən uzaqlaşdırılır.

Onlardan bir neçəsi Türkiyənin siyasi hakimiyyətinə yaxın MUSİAD-ı qurmaqla vəzifələndirilən şəxslərdir. Yəni, Gülənin buradakı iş adamları təşkilatlarına (İpəkyolu və s. ) qarşı alternativ qurulan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan təmsilçilyini qurmaq istəyənlər ölkəmizə buraxılmır.

Bundan başqa fətullahçı Yavuz Kələşə qarşı 2010-cu ildə alternativ olan və Camaatla ilk dəfə kəllə-kəlləyə gələnlərdən olan “Okuklu” Holdinqin başqanı Yılmaz Okuklu öz Facebook səhifəsindən deportasiya edilmək istəndiyini yazıb. Azərbaycanın rəsmi 6-cı vergi rekordmeni olan və AK Partiyanın sabiq deputatlığa namizədi, Ərdoğan tərəfindən tanınan iş adamı 15 iyuldan sonra başlanan rüzgarla ölkədən çıxarılması istənilir.

Siyahıda Camaatdan ayrılaraq, Ərdoğan tərəfə keçdiyi üçün cəzalandırılan “Avis” Apteklərinin rəhbərliyi də var. “Avis” rəhbərliyindən Mustafa bəy də bir neçə gün öncə ölkədən apar-topar deport edilib.

Maraqlıdır ki, deport səbəbi barədə də heç özlərinə belə məlumat verilmir və siyahı çox böyükdür. Məlumatda deyilir ki, siyahıda olanların əksəriyyətinin Gülən camaatı ilə ya əlaqəsi yoxdur, ya da uzun müddətdən bəri münasibətlər kəsilib. Yəni, Gülənə Azərbaycandan ildə milyonlarla dollar “himmət” parası göndərənlər bir kənarda qalıb, ona üz çevirənlər, qarşı çıxanlar cəzalandırılır. Necə ki, 2014-cü ildə Gülənə qarşı mübarizəyə start verildiyi zaman heç bir vergi borcu olmadığı halda Ziya Şahin adlı iş adamı ölkədən deport edildi. Buna səbəb isə onun İsmayıllıda xalq arasında Gülən əleyhinə çıxışlarının Camaatı və Camaatın Azərbaycanda ayaq açmasında mühüm rol oynamış icra başçısını narahat etməsi idi.

Görünən odur ki, Türkiyədə çevriliş cəhdi uğursuzluğa uğrasa da, Gülən Azərbaycan və digər ölkələr vasitəsi ilə Ərdoğandan və ərdoğançılardan qisas almağa davam edir. Türkiyənin diplomatik nümayəndəliklərinin türk vətəndaşlarına İngiltərənin ingilislərə, Fransanın fransızlara göstərdiyi münasibəti göstərmədiyindən, ən yaxşı halda mövcud durumdan “üzgün” olduğunu bildirmələrindən dolayı xüsusilə, Azərbaycanda türk iş adamları təklənmiş durumdadırlar. Dövləti yanında görmədiyi üçün yenidən Gülənin tərəfinə keçənlər də az deyil. Bu barədə məlumatlarda deyilir ki, 2013-cü il Gezi hadisələrində Ərdoğanə dəstəklədiyi üçün Azərbaycandakı böyük proyektlərini itirmək təhlükəsi ilə üzləşən “Aral” Qrupun yenidən Gülənin tərəfinə keçdiyi, Ənvər Özərənin ona cərimə olaraq, kəsdiyi “İstək” liseyinin əlavə binasını tikdirdiyi vurğulanmaqdadır. Qısacası, çevrilişə cəhd edən dəstənin yanındasansa, Camaat sənə hər cür dəstəyi verəcək, əks halda “fətullahçı” damğası ilə deport ediləcək, dərdini də kimsəyə anlata bilməyəcəksən…

Qısacası, Türkiyə dövləti fətullahçılara “Arxanızdayam” deyən deyil, gerçək türk vətəndaşlarına arxa çıxan diplomatları xarıciyyədə vəzifələndirməsə, itirən yenə türk dövləti olacaq.

Eyni zamanda Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin bundan öncə də Ərdoğana yaxın iş adamlarına qarşı fəaliyyətləri nəzərə alınarsa, bu məsələnin üzərində durulması gərəkir. Hələ bu günə kimi bir fətullahçı iş adamına qarşı “qaşın üstə gözün var” deməyən bu qurumun digər türklərə qarşı amansız münasibəti ciddi araşdırma mövzusudur. Bu isə deməyə əsas verir ki, rəhbəri gülənist olmasa da, Təhsil, Gənclər və İdman, Vergilər Nazirlikləri kimi bu qurumun da içərisində fətullahçı şəbəkə öz sistemini qurub və istədiyini gerçəkləşdirməkdədir. Necə ki, biz illərlə neft şirkətinə “içərini təmizlə” dediyimiz üçün məhkəməyə verildik. Ancaq bu gün Türkiyə hüquq-mühafizə orqanları ard-arda əməliyyatlar edərək, Türkiyədəki qurumlarına basqınlar edirlər. Əgər prosses Azərbaycana keçərsə, Türkiyədəkindən daha ciddi bir müqavimət olacağı indidən görünməkdədir. Türkiyədə müvəffəqiyyət qazanmayanlar artıq qisas əməliyyatına başlayıb.

Bu isə Azərbaycanda Gülən təhlükəsinin hansı həddə olduğuna dair ciddi həyəcan siqnalıdır….
Oxşar xəbərlər