Рейтинг@Mail.ru

Oxunub : 410 | Tarix : 10-07-2013, 13:09 | Bölmə: siyaset

Ziya Məmmədovun şok dosyesiTürkiyənin “Hürriyet” qəzetində nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Garant Holdinq”in sahibi, Azərbaycan-ABŞ Alyansının prezidenti Anar Məmmədovun haqqında dərc olunmuş məqalə ölkə daxilində ciddi rezonansa səbəb olub. Hətta rəsmi şəxslərdən əldə etdiyimiz məlumata görə, dünən Anar Məmmədov haqqında geniş məruzə dosyesi hazırlanaraq prezident İlham Əliyevə təqdim edilib.
Anar Məmmədovun adının bundan öncə də qalmaqallarda olması, gündəmdə olay yaratmış olması, artıq hiddət yaradır. Bir müddət öncə bir milyon dollara ayı əti yeməyi, minlərlə avronu xərcləyərək məhşur müğənnilərdən birinə çanta alması iddiaları, indi isə 40 milyon dollara ada satın almaq, özünə “çırağan” sarayı kimi Türkiyənin ən gözdə, dəbdəbəli yerində ad günü keçirməyi prezident seçkiləri ərəfəsində olduqca ciddi narahatlıqla qarşılanıb. Bilindiyi kimi İsmayıllı olaylarında əhalinin kütləvi etirazına səbəb olan amillərin başında sosial müdafiə naziri Füzuli Ələkbərovun və qardaşı, İsmayıllı Rayonu İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun oğlunun adı hallanırdı. Məmur övladı olmaq ayrıcalığından istifadə etdiyinə görə, ölkə səviyyəsində problem yaranmış, bunun nəticəsində isə Nizami Ələkbərov İsmayıllı Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.
İndiki durumda ölkə əhalisinin ən çox narazılıq etdiyi korrupsiya və qanunsuz yollarla əldə edilmiş vəsaitlər mövzusu ictimai müzakirənin predmeti olduğu sıralarda, prezident seçkiləri ərəfəsində bu kimi qalmaqalın ortaya çıxması prezident İlham Əliyev hökumətinin imici haqqında yetəri qədər mənfi təəsurat yaratmasına kifayət edir. Prezident Administrasiyasının rəsmi şəxslərindən əldə etdiyimiz məlumata görə, dünən prezident İlham Əliyevə Məmmədovlar ailəsi haqqında geniş dosye təqdim edilib. Dosyedə hələ ictimaiyyət tərəfindən bilinməyən, bilinəcəyi təqdirdə böyük səs küyə səbəb olacaq informasiyaların olduğu bilinir.
Eyni zamanda məsələdən narahatlıq keçirən nəqliyyat naziri Ziya Məmmədovun da bu məsələ ilə bağlı prezident İlham Əliyevlə görüşmək istəyi ertələnib. Belə ki, prezidentin masasına təqdim edilən sənəddə verilən təkliflərdən biri budur ki, Ziya Məmmədovun oğlu bu məsələyə görə cəzalandırılsın, digər məmur övladlarına göz dağı kimi verilsin. Qeyd olunmalı nüasnlardan biri də budur ki, hakimiyyət krizisə görə, seçki ərəfəsində komandasından hansısa naziri qurban kimi cəzalandıraraq narazılıq faizini nəzarətə götürməyə çalışa bilər. Lakin, prezidentin belə bir addım atacağı az ehtimal ediləndir. Çünki, Anar Məmmədovun və ya Ziya Məmmədovun indiki halda cəzalandırılması, hökumətin həm də yolsuzluq faktına reaksiyasından daha çox etirafı kimi şərh edilə bilər.
Bilindiyi kimi Türkiyənin “Hürriyet” qəzeti Aydın Doğan ailəsinə məxsusdur. Ərdoğan hökuməti iqtidar olduqdan sonra hər nə qədər sərbəst fəaliyyətləti qısıtlaşdırılsa da bu günün özündə də Doğan mətbuatı İsrail mərkəzli strukturların informasiyalarından yararlanır. Ehtimal edilən nüanslardan biri budur ki, yol çəkilişi ilə məşğul olan yəhudi şirkətlərdən birinin maraqları Ziya Məmmədov tərəfindən təmin edilmədiyi üçün bu informasiya sızması baş verib. Ancaq, bu məsələ ilə bağlı nə qədər çalışsaq da hələ ki, məlumat əldə etmək mümkün olmayıb.
Araşdırmalarımız davam edəcək…
Aygün Məmmədova, xüsusi olaraq azerinews.tv
Ziya Məmmədovun şok dosyesi
loading...
Oxşar xəbərlər