Рейтинг@Mail.ru

Oxunub : 224 | Tarix : 9-12-2016, 19:39 | Bölmə: siyaset, redaktor

Heydər Əliyevin hakimiyyətə gəlişi milli ruhun yüksəlməsinə səbəb olduAzərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyub. Xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub. Sonra isə universitetin 2 nömrəli tədris binasındakı Heydər Əliyev Mərkəzində ulu öndərin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Anım mərasimində ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov anım mərasimində çıxış edərək bildirib ki, xalqımızın böyük oğlu, türk dünyasının məşhur siyasət və dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin vəfatından 13 il keçir. 2003-cü il dekabr ayının 12-i sözün həqiqi mənasında xalqımız, millətimiz üçün çox ağır və kədərli bir gündür. Çünki xalqımız həmin gün öz böyük oğlunu, millətsevər rəhbərini itirmişdi. Qədirbilən xalqımız böyük kədər və sıxıntı içində öz müdrik, vətənpərvər rəhbəri ilə vidalaşırdı. Hamı bir nəfər kimi ulu öndərə öz mənəvi borcunu vermək üçün Fəxri xiyabana üz tutmuşdu, dahi liderimizə olan ümumxalq sevgisi, ümumxalq məhəbbəti özünü hər yerdə göstərirdi. Ulu öndərimiz Heydər Əliyevin vəfatı eyni zamanda bütün dünyada böyük əks-səda doğurmuşdu. Dünyanın böyük və aparıcı dövlətlərinin rəhbərləri, ən məşhur şəxsləri, tanınmış siyasətçiləri Heydər Əliyevin dəfn mərasimində iştirak etmək üçün Bakıya gəlmişdilər.
Rektor Cəfər Cəfərov qeyd edib ki, ulu öndərimiz Heydər Əliyev son 35-40 ildə dövlətimizin hərtərəfli inkişafında və dünya miqyasında tanınmasında əvəzsiz xidmətlər göstərmiş böyük tarixi şəxsiyyətdir. Biz bu gün həyatımızın hansı sahəsinə diqqət yetirsək, xalqımızın bu böyük oğlunun fədakar əməyini, çoxcəhətli fəaliyyətini görürük. Heydər Əliyevin hakimiyyətə gəlişi qısa müddətdə istehsalın, elmin, mədəniyyətin inkişafına, milli ruhun, milli özünüdərkin və milli qürurun yüksəlməsinə səbəb oldu. Ümummilli lider Heydər Əliyev XX əsrin sonu və XXI əsrin əvvəllərində böyük siyasi məharətlə Azərbaycanı, dövlətçiliyimizi, müstəqilliyimizi hədələyən bütün bəlaları dəf etmiş, iqtisadiyyatımızın, beynəlxalq əlaqələrimizin, milli birliyimizin möhkəm özülünü quraraq bizlərə əmanət etmişdir.
Ulu öndər Heydər Əliyev həmişə elm və təhsilə böyük qayğı və diqqət göstərmişdir. Azərbaycanda təhsil sisteminin, o cümlədən ali təhsil müəssisələrinin formalaşmasında, dövrün tələblərinə uyğun yenidən qurulmasında, sürətlə inkişafında, milli kadrların hərtərəfli hazırlanmasında bu böyük şəxsiyyətin əvəzsiz xidmətləri vardır. Ulu Öndər ADPU-nun tədris və elmi həyatı ilə daim maraqlanmış, Pedaqoji Universitetin yenidən qurulması, genişlənib möhkəmlənməsi üçün ciddi tədbirlər həyata keçirmişdir. Bu qayğı və diqqət Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Rektor Cəfər Cəfərov çıxışının sonunda bildirib ki, qədirbilən xalqımız həmişə ulu öndər Heydər Əliyevin xatirəsini, onun dövlətçilik ideallarını əziz tutacaqdır.
ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında göstərdiyi böyük tarixi xidmətlərdən danışıb, onu qüdrətli siyasi xadim, görkəmli dövlət rəhbəri kimi səciyyələndirib.
Anım mərasimində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
loading...
Oxşar xəbərlər