Рейтинг@Mail.ru
Tarix : 15-07-2017, 15:59 | Bölmə: sosial

Azərbaycanda körpü çökdü

Avtomobillərin hərəkəti məhdudlaşdırıldı

Azərbaycandakı körpülərdən birində çökmə baş verib. Hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində, yolun 91-ci kilometrliyində olan körpüdə qeydə alınıb.

İstiPress-in yerli bürosunun məlumatına görə, hazırda körpüyə ağır tonnajlı yük avtomobillərinin daxil olması məhdudlaşdırılıb. Şor sularının axıdıldığı kollektorun üzərində yerləşən körpüdə minik avtomobillərinin hərəkətində heç bir məhdudiyyət yoxdur.

Hərəkətin normal axınını təmin etmək üçün ərazidə müvəqqəti olaraq alternativ yol çəkilir. Ərazidə olan "Azəravtoyol" ASC rəsmiləri körpünün yenidən təmir olunacağını deyir.
Oxşar xəbərlər