Рейтинг@Mail.ru

Oxunub : 391 | Tarix : 16-05-2016, 03:06 | Bölmə: sosial

“Nar Mobile”in növbəti  özbaşınalıqlarından ŞİKAYƏTMobil operatorların öz korporativ müştərilərinə problem yaratmağı artıq adi hala çevrilib. Dəfələrlə onların yarıtmaz fəaliyyətindən ölkə mediası yazsa da hələki onlar öz işində ciddi dəyişiklik etmirlər. Hətta əksinə, son vaxtlar biz həmin operatorların müştəriləri ilə söhbət zamanı şahid oluruq ki, şikayətlərin nəticəsiz qalmasına görə, müştərilər mövcud vəziyyətlə barışmağa məcbur olurlar. Və şikayət etməkdən bezirlər. Bundan istifadə edən mobil operatorlar isə daha ciddi qanun pozuntularına yol verirlər.

Azerinews.tv Qafqaz Xəbər Agentliyinə istinadən bildirir ki,belə bir problemlə üzləşən müştərilərdən biri də "Qafqaz Hüquq Mərkəzi” MMC-dir. "Nar Mobile”in korporativ müştərisi olan "Qafqaz Hüquq Mərkəzi” MMC-yə şirkətdən bildiriblər ki, asan imza əldə etmək üçün kuratorunuz Elnarə Kərimliyə müraciət edin.
Hüquq mərkəzi müraciət edərək asan imza üçün 070 259 29 03 nömrəsi əldə edib. "Qafqaz Hüquq Mərkəzi” MMC-nin əməkdaşı müxbirimizə bildirib ki, sonradan bildik ki, asan imza üçün verilən nömrənin aylı haqqı 2 manat təşkil edir: " Yəni bu nömrədən istifadə etməsən də hər ay 2 manat nömrəyə pul ödəməlisən. Bu gün asan imza vasitəsi ilə şirkətdə bəzi dəyişiliklər etmək istəyirdik. Ancaq nömrənin borcdan bağlı olduğunu bildik.
"Nar Mobile” ilə əlaqə saxlayaraq onlara izah etmək istədik ki, bizim şirkətə borcumuz yoxdur. Ancaq suallarmıza cavab tapa bilmədik, sadəcə bizə söylədilər ki, kuratorunuz Elnarə Kərimli istirahətdədir və bu məsələyə yalnız o aydınlıq gətirə bilər. Elnarə Kərimlinin mobil telefonu ilə əlaqə saxlamaq istəsək də onun nömrəsinin mövcud olmadığı bəlli oldu.
Dəfələrlə "Nar Mobile”in 012 444 07 89 nömrəsi ilə əlaqə saxlayaraq onlara izah etmək istədik ki, bizim sizə heç bir borcumuz yoxdur, əksinə biz 070 259 29 03 nömrəsinə əvvəlcədən ödəniş edirik ki, asan imza ilə iş görəndə problem olmasın”. Sonda "Qafqaz Hüquq Mərkəzi” MMC-nin əməkdaşı müxbirimizə bildirib ki, bu birinci dəfə deyil ki, "Nar Mobile” şirkəti bizə problem yaradır.
Redaksiyadan: " Baxmayaraq ki, vətəndaşlar, sahibkarlar dəfələrlə mobil operatorların fəaliyyəti barədə müxtəlif dövlət qurumlarına, şəxsən cənab nazir Əli Abbasova müraciət ediblər, ancaq hələ də onların fəaliyyəti ciddi nəzarətə götürülməyib. Ona görə də mobil operatorlarla bağlı ölkədə şikayətlər durmadan artır.
loading...
Oxşar xəbərlər