Zəfəroğlu İnşaat rəhbərinin keçmiş MTN-lə iş birliyi üzə çıxdı - TƏFƏRRÜATZəfəroğlu İnşaat rəhbərinin keçmiş MTN-lə iş birliyi üzə çıxdı - TƏFƏRRÜATTaleh Qaraşovla Müşviq Rəhimov ifşa oldu - Prezidentin Lənkəran səfərinin DETALLARITaleh Qaraşovla Müşviq Rəhimov ifşa oldu - Prezidentin Lənkəran səfərinin DETALLARINAZİRİN NƏZƏRİNƏ: Ağcəbədi təhsilində braziliya serialı kimi sevgi hekayəsi- BIABIRÇILIQ (AUDİO)NAZİRİN NƏZƏRİNƏ: Ağcəbədi təhsilində braziliya serialı kimi sevgi hekayəsi- BIABIRÇILIQ (AUDİO)Göyçay Avtonəqliyyat ASC-nin sədrindən Mlli Şuraya dəstək: Arif Əliyevin 23 sentyabr TƏXRİBATI - VİDEOFAKTGöyçay Avtonəqliyyat ASC-nin sədrindən Mlli Şuraya dəstək: Arif Əliyevin 23 sentyabr TƏXRİBATI - VİDEOFAKTİcra başçısının SƏLƏMÇİ müavini Rasilə Əliyeva baxçalara TAS qoyub - LƏNKARANDAİcra başçısının SƏLƏMÇİ müavini Rasilə Əliyeva baxçalara TAS qoyub - LƏNKARANDAYevlaxda 300 hektar torpaq  DAVASI: Polkovnik Balakişi Əhmədovla icra başçısı düşmən oldu -TƏFƏRRÜATYevlaxda 300 hektar torpaq DAVASI: Polkovnik Balakişi Əhmədovla icra başçısı düşmən oldu -TƏFƏRRÜATAbşeron rayon təhsilində rüşvət oyunu – Kəmalə Yusubova  24 saat dərs və sinif rəhbərliyini 1000 manata satır- ŞİKAYƏTAbşeron rayon təhsilində rüşvət oyunu – Kəmalə Yusubova 24 saat dərs və sinif rəhbərliyini 1000 manata satır- ŞİKAYƏTLotu Quli və Dato Ağcabədinski arasında savaş qızışır — Cavidin “oğru” revanşıLotu Quli və Dato Ağcabədinski arasında savaş qızışır — Cavidin “oğru” revanşıBaş həkim həbsdən necə qurtuldu - icra başçısına hər ay verilən  10 min manatın GİZLİNLƏRİBaş həkim həbsdən necə qurtuldu - icra başçısına hər ay verilən 10 min manatın GİZLİNLƏRİDYP əməkdaşı 200 manat pul istədi olmadı, maşını əlindən alınan Rahim nazirdən kömək istəyir - MÜRACİƏTDYP əməkdaşı 200 manat pul istədi olmadı, maşını əlindən alınan Rahim nazirdən kömək istəyir - MÜRACİƏTİmşli DSMF nin əməkdaşı əlildən pul tələb etdi - VİDEOFAKTİmşli DSMF nin əməkdaşı əlildən pul tələb etdi - VİDEOFAKTÇovdarovun adamı Ağgölü bazara çevirib - Loğman Mehdiyev departamen müdrinə hesab verdiyini deyir (VİDEO+FOTOLAR)Çovdarovun adamı Ağgölü bazara çevirib - Loğman Mehdiyev departamen müdrinə hesab verdiyini deyir (VİDEO+FOTOLAR)Prezident 20 nömrəli məktəb-liseyin yeni binasının açılışındaPrezident 20 nömrəli məktəb-liseyin yeni binasının açılışındaDSMF-nin Zərdab rayon şöbəsinin müdürü Canpolad Vəliyevin koorrupsiya əməlini Əjdər Cəbiyev ört - bastır edir - NAZİRƏ ŞİKAYƏTDSMF-nin Zərdab rayon şöbəsinin müdürü Canpolad Vəliyevin koorrupsiya əməlini Əjdər Cəbiyev ört - bastır edir - NAZİRƏ ŞİKAYƏTLənkəranda «saxta sənəd» böhranı: İcra başçısı köməkçisin qapılara salıb -TƏFSİLATLənkəranda «saxta sənəd» böhranı: İcra başçısı köməkçisin qapılara salıb -TƏFSİLAT
Рейтинг@Mail.ru
Tarix : 18-08-2017, 16:38 | Bölmə: sosial

Əflatun Amaşovdan "Turan" AÇIQLAMASI: "Vergilər Nazirliyinə də müraciət etmişik"

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Vergilər Nazirliyinin "Turan" İnformasiya Agentliyində yoxlama aparması ətrafında yaranan qalmaqalla bağlı açıqlama verib.

Unikal.org bildirir ki, deputat "Turan"la bağlı Vergilər Nazirliyinə müraciət etiyini vurğulayıb:

"Doğrudan da "Turan” İnformasiya Agentliyi keçmişi, tarixi olan media qurumlarımızdandır. Onun rəhbəri Mehman Əliyev kifayət qədər peşəkar jurnalistdir, səriştəli idarəçidir. Ancaq son zamanlar agentlik media məkanımızda sanki yox kimidir. Bunu müxtəlif amillərlə əsaslandırmaq mümkündür. Cəmiyyət dəyişir, jurnalistika dəyişir, prinsiplər və dəyərlər də həmçinin. Zamanla oxşar proseslərin müxtəlif media qurumlarının timsalında şahidi olmuşuq. Bu proses müəyyən mənada təbiidir.
Bu günün media reallığından uzaq kimi görünən "Turan”ın materiallarına çox az hallarda istinad var. Xəbərlərinə demək olar rast gəlinmir. Ümumən yaradıcılıq dəst-xətti nəzərə çarpmır. Halbuki əvvəllər belə olmayıb.
Onu da deyim ki, nəinki son aylar, hətta son illər belə hec bir rəsmi qurumun, vəzifəli şəxsin "Turan”ın hansısa yazısından narahatlığına, etirazına rast gəlməmişəm. Mətbuat Şurasına da "Turan”ın materialından heç bir şikayət daxil olmayıb. Belə olan halda Vergilər Nazirliyinin media qurumunda yoxlamalar aparmasını siyasi amillərlə bağlamaq istəyi hətta nəzəri cəhətdən də düzgün deyil. Kimlərsə buna cəhd edirsə, hesab edirəm ki, niyyətləri tamam başqadır.
Vergilər Nazirliyi dövlət orqanıdır. Onun yoxlamalarına gəlincə, qurum hər hansı təşkilatın hesabına xaricdən və daxildən gələn maliyyə vəsaitini araşdırır. Konkret olaraq həmin vəsaitdən zəruri vergi ödənişlərinin edilib-edilmədiyini müəyyənləşdirir. İndiyədək ən müxtəlif təşkilatlarla, o cümlədən jurnalist təşkilatları və kütləvi informasiya vasitələri ilə bağlı eyni mexanizm tətbiq olunub.
Mətbuat Şurası olaraq biz "Turan” İnformasiya Agentliyi ilə bağlı məsələni diqqətdə saxlayırıq. Vergilər Nazirliyinə də müraciət etmişik. İnanırıq ki, informasiya agentliyi ilə əlaqədar araşdırmalar tam şəffaf şəkildə, qanunlarımıza tam riayət olunmaqla həyata keçiriləcəkdir".
Oxşar xəbərlər