Рейтинг@Mail.ru
Tarix : 22-09-2017, 11:12 | Bölmə: sosial

Pakistan HHQ-nin nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib

Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri komandanı aviasiya marşalı Sohail Amanın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 21-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət etib.
Hərbi Akademiyanın rəhbərliyi ilə keçirilən görüş zamanı ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Aviasiya marşalı Sohail Aman “Assimetrik hərbi əməliyyatlar zamanı HHQ-nin tətbiqi” mövzusunda akademiya dinləyiciləri qarşısında mühazirə ilə çıxış edib.
mod.gov.az
Pakistan HHQ-nin nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib
Pakistan HHQ-nin nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib
Oxşar xəbərlər