Рейтинг@Mail.ru
Tarix : 22-09-2017, 16:04 | Bölmə: sosial

ANS yenidən fəaliyyət göstərəcəkmi? - SON QƏRAR AÇIQLANDI

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqda şirkətin prezidenti Vahid Mustafayevin fikirlərinə münasibət bildirib.

MTRŞ-nin aparat rəhbəri Toğrul Məmmədov azvision.az-a bildirib ki, ANS TV-nin açılması mümkün deyil.

"Bu barədə Ali Məhkəmənin qərarı mövcuddur. Şuranın qərarı qüvvədə saxlanılıb. Bundan başqa daha nə demək olar? Faktiki olaraq, Şura qərarını verib. Məhkəmə tərəfindən qərara dəyişiklik olunmayıb" – T.Məmmədov ANS-lə bağlı məsələyə aydınlıq gətirib.

MTRŞ rəsmisi əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda yeni telekanalın yaradılması gözlənilmir.

Qeyd edək ki, Vahid Mustafayev müsahibəsində ANS-in yenidən açılacağını bildirib.
Oxşar xəbərlər