"MTN izi" - Marixuana, Disko, Qəlyan, 18+ əyləncə MƏKANI TASTE-nin GENERAL shibinin əmlakı - ŞOK SİYAHI“Qara kassa”a Cavid Qurbanovu MTN generallarından necə qorudu - Qatı açılmamış DOSYE“Qara kassa”a Cavid Qurbanovu MTN generallarından necə qorudu - Qatı açılmamış DOSYEEkologiya nazirliyində tarazlıq pozulub:Hirkan Milli Parkının direktoru qanuları saymır - VİDEO+FOTOLAREkologiya nazirliyində tarazlıq pozulub:Hirkan Milli Parkının direktoru qanuları saymır - VİDEO+FOTOLARİcra başçısının müavini fəhləni döyüb ağır xəsarətlər yetirdi:insanlığa sığmayan söyüşləri, işdən qovulma və nələr...İcra başçısının müavini fəhləni döyüb ağır xəsarətlər yetirdi:insanlığa sığmayan söyüşləri, işdən qovulma və nələr...Ekologiya nazirliyinin Leyla Əliyevanın 1.5 milyonluq layihəsinə qarşı - YAŞIL TERROR (Video)Ekologiya nazirliyinin Leyla Əliyevanın 1.5 milyonluq layihəsinə qarşı - YAŞIL TERROR (Video)Məzahir Qanboyev vəzifə almaq üçün icra başçısı ilə ANLAŞDI və Bakıda evini satışa çıxardı - TƏFƏRRUATMəzahir Qanboyev vəzifə almaq üçün icra başçısı ilə ANLAŞDI və Bakıda evini satışa çıxardı - TƏFƏRRUATYiyəsiz qalan Yasamal - Yiyəsiz qalan Yasamal - "yaşıl terror"a görə Prezidentə açıq məktubNəsimi rayonunda yaşıl terror: Ağaclar kəsilir binalar tikilr, Ekologiya nazirliyi isə tamaşa edir - VİDEO+FOTOLARNəsimi rayonunda yaşıl terror: Ağaclar kəsilir binalar tikilr, Ekologiya nazirliyi isə tamaşa edir - VİDEO+FOTOLARŞuşa icra başçısı tikdirdiyi şadlıq sarayında işlətdiyi fəhlələrin haqqını yedi  – ŞİKAYƏTŞuşa icra başçısı tikdirdiyi şadlıq sarayında işlətdiyi fəhlələrin haqqını yedi – ŞİKAYƏTİcra başçısını Rəsul Quliyevlə olan gizlinləri deşifre oldu: İqtidara qarşı mitinq və aksiya təşkilatçısına necə GÖRƏV VERİLDİİcra başçısını Rəsul Quliyevlə olan gizlinləri deşifre oldu: İqtidara qarşı mitinq və aksiya təşkilatçısına necə GÖRƏV VERİLDİLaura Ağayevanın dəbdəbəli, həyat tərzi – Ağdamda kollec direktorunun ağılasığmaz varidatı üzə çıxdıLaura Ağayevanın dəbdəbəli, həyat tərzi – Ağdamda kollec direktorunun ağılasığmaz varidatı üzə çıxdıTƏCİLİ - ADPU-da kütləvi narazılıq dalğası: Universitetdə ara qarışdıTƏCİLİ - ADPU-da kütləvi narazılıq dalğası: Universitetdə ara qarışdıBeyləqan Telekommunikasiya Qovşağında SAXTAKARLIQ:İnsult xəstəsi necə tibbi komisiyadan keçdi? - TƏFSİLATBeyləqan Telekommunikasiya Qovşağında SAXTAKARLIQ:İnsult xəstəsi necə tibbi komisiyadan keçdi? - TƏFSİLATBeyləqanda polislərin şahidliyi ilə qadın döyülərək  ağır xəsarət aldı - tibbi ekspert isə... - TƏCİLİBeyləqanda polislərin şahidliyi ilə qadın döyülərək ağır xəsarət aldı - tibbi ekspert isə... - TƏCİLİBeyləqan Rayon Prokuroru Azər Osmanovun yarıtmaz işi:Yəhudi əsilli vətəndaş aldadılır, təhqir edilir - Zakir Qaralova şikayətBeyləqan Rayon Prokuroru Azər Osmanovun yarıtmaz işi:Yəhudi əsilli vətəndaş aldadılır, təhqir edilir - Zakir Qaralova şikayət
Рейтинг@Mail.ru
Tarix : 2-10-2017, 15:33 | Bölmə: sosial

Azərbaycanda sürüşmə-uçqun hadisələri baş verdi

Azərbaycanda sürüşmə sahələrində mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Zığda lokal sahələrdə təbii və texnogen amillərin təsirindən sürüşmənin dinamikasında nisbi aktivlik qeydə alınıb.

Onun sözlərinə görə, son günlər əraziyə düşən atmosfer yağıntılarının təsirindən Günəşli yaylasında çökmə sahəsi nisbi aktivləşib: “Masazırda Mirzə İbrahimov küçəsi boyunca təbii amillərin təsirindən sürüşmə sahəsində və Masazırda “Zəli gölü” adlanan ərazidə təbii - texnogen amillərin təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunur. Son günlər əraziyə düşən atmosfer yağıntılarının təsirindən isə Hökməlidə, Nubar qəsəbəsindəki sürüşmə sahəsində aktivlik baş verib”.

Ə. Qaralov bildirib ki, Astarada Kijəbə sürüşmə sahəsində, rayonun Deqədi-Pəlikəş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də uçqun və sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb: “Lənkəran-Lerik yolunun 27-29-cu kilometrliyində uçqun – sürüşmə prosesi nisbi aktivləşib, yolboyu yamacda bir neçə yerdə yeni uçqun hadisəsi baş verib. Hazırda sürüşmə sahəsində aktivlik davam edir. Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyi sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən aktivlik müşahidə olunub. Lerik - Qosmalyan - Kəlvəz avtomobil yolunun 10-cu kilometrliyində uçqun hadisəsi aktivləşib. Lənkəran - Lerik yolunun 17-19-cu kilometrliyi sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən aktivlik baş verib, sürüşmə sahəsində müxtəlif ölçülü çatların əmələ gəlməsi müşahidə edilib. Masallıda, Güllütəpə sürüşmə sahəsinin isə parametrləri artıb. Cəlilabadda, Sadatlı sürüşmə sahəsində nisbi aktivlik qeydə alınıb. Cəlilabad - Cəngan - Soltankənd avtomobil yolunun 17-ci km-dəki sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım baş verib”.

Gədəbəydə Pirdağ, Daşkəsəndə Alunitdağ sürüşmə sahələrində nisbi aktivliyin baş verdiyi vurğulayan ekspedisiya rəisi qeyd edib ki, Xızı-Altıağac avtomobil yolunun 11-15-ci km-də sürüşmə sahəsinin parametrləri nisbi artıb və yolboyu bir neçə yerdə yeni uçqun hadisəsi baş verib: “Siyəzəndə Sədan sürüşmə sahəsi aktivləşib, sürüşmənin parametrlərində artım qeydə alınıb. Şabranda Qazbabalı sürüşmə sahəsində aktivlik davam edir, sahədəki çatların ölçüləri genişlənib. Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində sürüşmə aktivləşib, bir neçə yerdə yeni uçqun - töküntü hadisəsi baş verib”.

ETSN rəsmisi qeyd edib ki, Şamaxı şəhəri 48-A məhəlləsi sürüşmə sahəsində aktivlik müşahidə olunur: “Artıq sürüşmə sahəsi qaş hissəyə doğru genişlənməkdədir. Bakı - Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində isə sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib. Atmosfer yağıntılarının təsiri nəticəsində sürüşmənin parametrləri ciddi şəkildə artıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində də sürüşmə aktivləşib, nəticədə uçqun-töküntü hadisələri qeydə alınıb. Ərazidə bir neçə yerdə yolboyu yeni lokal sürüşmə sahələri əmələ gəlib. Şamaxıda Muğanlı sürüşmə sahəsində çatların ölçüləri qismən genişlənib. Şamaxının Çuxuryurd-Qızmeydan avtomobil yolu sürüşmə sahəsinin dinamikasında aktivlik qeydə alınıb, yolboyu yola paralel müxtəlif ölçüdə yeni çatlar yaranıb. Ağsuda Gürcivan, Sanqalan sürüşmə sahələrində, Muğanlı – İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərində atmosfer yağıntılarının təsirindən sürüşmənin dinamikasında aktivlik qeydə alınıb. İsmayıllıda İstisu sürüşmə sahəsində də nisbi aktivlik müşahidə edilib, mövcud çatların ölçüləri artıb”.
Oxşar xəbərlər