Рейтинг@Mail.ru
Tarix : 11-10-2017, 14:48 | Bölmə: sosial

Azərbaycanda ət BAHALAŞDI - Rəsmi

Cari ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və o cümlədən ərzaq məhsullarının qiymətlərində bahalaşma müşahidə olunub.

Bu haqda Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ay ərzində mal, qoyun və toyuq ətinin, yumurtanın, kolbasa məmulatlarının, süd məhsullarının, kərə, zeytun və marqarin yağlarının, limonun, portağalın, gavalının, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, sarımsağın qiymətlərində bahalaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, bananın, almanın, armudun, qozun, fındığın, soğanın, kartofun, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Oxşar xəbərlər